Ru
10:07 / 21 Yanvar 2025

ABŞ-nin Ukraynaya yardımı dayandı - Tramp fərman imzaladı

ABŞ-nin Ukraynaya yardımı dayandı - Tramp fərman imzaladı
Eye

ABŞ Prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılacağı barədə fərman imzalayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
“Tramp ABŞ-nin bütün xarici yardım proqramlarının öz siyasət məqsədlərinə uyğunluğunu müəyyən etmək üçün 90 gün müddətinə müvəqqəti dayandırmaq barədə sərəncam imzalayıb”, - məlumatda qeyd edilib.
Nəşrin məlumatına görə, fərmanın təsirinə məruz qalacaq yardımın dəqiq məbləği məlum deyil.
Sərəncamda bildirilir ki, xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil və eyni zamanda ölkələr arasında ahəngdar münasibətlərə zidd olan ideyaları təbliğ etməklə dünyada sabitliyi pozmağa kömək edir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar