Ru
14:44 / 09 Aprel 2025

Çinin quyruqsuz döyüş təyyarəsi – “J-36” görənləri heyrətə saldı - VİDEO

Çinin quyruqsuz döyüş təyyarəsi – “J-36” görənləri heyrətə saldı  - VİDEO
Eye

Çinin 3 mühərrikli və quyruqsuz döyüş təyyarəsinin yeni videosu dünya aviasiya cəmiyyətində geniş səs-küy yaradıb.

Bakupost.az sondakika.com-a istinadən bildirir ki, J-36 adı verilən bu yeni təyyarə sayəsində Çin altıncı nəsil döyüş təyyarələri istehsal etmək yarışında ABŞ ilə eyni səviyyəyə çata, hətta onг keçə bilər.

Qeyd edək ki, J-36 döyüş təyyarələrindən birinə aid yeni görüntülər dünən ortaya çıxıb. Görüntülərdən təyyarənin Siçuan əyalətindəki Çengdu Təyyarə Sənayesi fabriki ilə yanaşı olan bir şossenin üzərində uçduğu aydın olur.

İlk dəfə keçən ilin sonlarında ortaya çıxan J-36-nın görüntüləri Çin sosial mediasında yayıldı və bu təyyarə tezliklə aviasiya həvəskarları, eləcə də hərbi analitiklərin diqqətini cəlb etdi. J-36 son gizlilik texnologiyaları, güc qurğusu və gövdə mühəndisliyi ilə təchiz olunmuş altıncı nəsil bir təyyarədir.

ABŞ ordusunun beşinci nəsil təyyarələri - ikimühərrikli F-22 və təkmühərrikli F-35 hazırda dünyanın ən yaxşıları kimi qəbul edilir. Lakin Çinin J-20 və J-35 adlanan iki beşinci nəsil modeli də var. Ancaq bu Çin təyyarələri, ABŞ döyüş təyyarələri kimi sübut olunmuş döyüş təcrübəsi və effektivliyə malik deyil.

ABŞ Prezidenti Donald Tramp keçən ay Hərbi Hava Qüvvələrinin F-47 adlandırılan altıncı nəsil döyüş təyyarəsi üçün "Boeing" ilə müqavilə imzaladığını açıqlayıb.




Elmina Qasımova,BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar