Ru
11:40 / 18 Mart 2025

ABŞ niyə Ermənistana hərbi texnika göndərir? – Sərkisyan səbəbini açıqladı

ABŞ niyə Ermənistana hərbi texnika göndərir? – Sərkisyan səbəbini açıqladı
Eye

ABŞ-nin yayda Ermənistana göndərəcəyi hərbi texnikalar ölkə ərazisində daimi qalmayacaq.

Bakupost.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Məsələ yaxın vaxtlarda elan olunacaq hərbi təlimlərə hazırlıqla əlaqəlidir. Rusiya mətbuatının məlumatında qeyd olunan dövr iyulun 16-dan avqustun 7-dək olan müddəti əhatə edir. Bu, 2024-cü ildə ABŞ-Ermənistan təlimlərinin keçirildiyi dövrə uyğun gəlir. Ötən ilin sentyabrında da Ermənistan-Amerika birgə hərbi təlimləri keçirilmişdi. Hesab edirəm ki, bu yaxınlarda elan olunacaq təlimlərə hazırlıq gedir. Sözügedən Amerika texnikaları əvvəlki hərbi təlimlərdə olduğu kimi, sentyabrın 20-dək Ermənistanda qalacaq”, - ekspert bildirib.

Xatırladaq ki, dünən Rusiyanın RT agentliyi ABŞ Ordusunun Maddi-Texniki Təminat Komandanlığının mümkün hərbi təlimlər üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Zar poliqonuna hərbi texnika göndərməyi planlaşdırdığı barədə məlumat yayıb. İddiaya görə, texnikaların göndərilməsi iyulun 16-dan avqustun 7-dək, Almaniyaya qaytarılması isə avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar