Ru
23:46 / 11 Fevral 2025

ABŞ Odessa merinə sanksiya tətbiq edir?

ABŞ Odessa merinə sanksiya tətbiq edir?
874

ABŞ prezidenti Donald Trampın administrasiyası Odessa meri Gennadi Truxanova qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə Washington Mail öz mənbələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, ABŞ hökuməti Truxanovun Odessadan olan cinayətkar qrupun işində əli olmasından narahatdır.

Tramp administrasiyası həmçinin hesab edir ki, Ukrayna merinin Britaniyanın vergi sistemində qeydiyyatdan keçmiş dörd ofşor şirkətində çoxlu sayda səhmləri var.

Nəşr qeyd edir ki, Truxanova qarşı sanksiyalar onun Rusiya vətəndaşı olması ehtimalına görə də tətbiq oluna bilər.

2023-cü ildə Truxanov "Krayan" zavodu işi ilə bağlı həbs edilib.

2022-ci il dekabrın 9-da Ukraynanın Korrupsiyaya qarşı Milli Bürosu Truxanovun korrupsiya sxemlərində iştirak etməkdə şübhəli bilinən üç müavininə qarşı ittihamlar irəli sürüldüyünü elan etdi. Şübhəlilərin adları açıqlanmayıb. Dekabrın 5-də Odessa Şəhər Şurasının hüquq və maliyyə şöbələrində, eləcə də şəhər merinin ofisində axtarışlar aparılıb.

Bundan əvvəl Odessa meri Truxanov 92 milyon qrivnanın mənimsənilməsi işi ilə bağlı həbs edilib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar