Ru
14:28 / 07 Oktyabr 2024

"ABŞ prezidentinin kim olacağı bizi maraqlandırmır" - Lavrov

486
ABŞ-da Rusiya Federasiyası ilə qarşıdurma ilə bağlı formalaşan ikipartiyalı konsensusu nəzərə alsaq, orada prezident seçkilərinin necə bitəcəyi bizi maraqlandırmır.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Newsweek” jurnalına müsahibəsində deyib.

“ABŞ-da Rusiya ilə qarşıdurmaya görə ikitərəfli konsensus olduğunu nəzərə alsaq, bu seçkinin necə bitəcəyi bizi maraqlandırmır”, - deyə o, Donald Tramp və ya Kamala Harris qaluib gələrsə, ikitərəfli münasibətlərin necə olacağına dair suala cavab verib.

“Əgər Amerikanın siyasətində nəsə dəyişsə və bizə təklifləri olsa, biz həmin təkliflərin bizim maraqlarımıza uyğun olub-olmadığını öyrənməyə hazır olacağıq. Lavrov qeyd edib ki, istənilən halda Rusiyanın maraqlarını, xüsusən də söhbər milli təhlükəsizlik məsələsindən gedirəsə, qətiyyətlə müdafiə edəcəyik”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə, ABŞ prezidentinin “kim olmasından asılı olmayaraq, onun diqqətini ölkəsinin problemlərinin həllinə yönəltməsi və Amerika sahillərindən on minlərlə mil aralıda macəra axtarmaması” məntiqli olardı.

"Əminəm ki, amerikalı seçicilərin də istədiyi budur", - Rusiya XİN rəhbəri deyib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar