Ru
17:46 / 14 Mart 2025

ABŞ Qenlandiyanın işğalı üçün 48 buzqıran gəmi sifariş verib – Tramp açıqladı

ABŞ Qenlandiyanın işğalı üçün 48 buzqıran gəmi sifariş verib – Tramp açıqladı
Eye

ABŞ prezidenti Donald Trampla NATO-nun Baş katibi Mark Rutte görüşüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün Vladimir Putinin Rusiya və Ukrayna arasında atəşkəsə şifahi razılıq verdiyi gün baş tutması diqqət çəkib.

Görüşdən əvvəl jurnalistlərdən biri Trampdan Qrenlandiyanın mümkün ilhaqı barədə fikrini soruşub.

"Düşünürəm ki, bu baş verəcək," - deyə Tramp bildirib. Ardınca, o, yanında oturan Rutteyə işarə edərək, "Mənimlə birlikdə bu işdə çox vacib rol oynaya biləcək bir insan var", – deyib.

Tramp daha sonra məsələyə ətraflı toxunaraq bildirib:

"Bilirsən, Mark, bu, beynəlxalq təhlükəsizlik baxımından olduqca vacibdir. Bizim sahil boyunca hərəkət edən sevimli oyunçularımız var, ehtiyatlı olmalıyıq. Səninlə bu barədə danışacağıq."

NATO Baş katibi Trampın çıxışına dərhal müdaxilə edib:

"Qrenlandiyanın ABŞ-a qoşulub-qoşulmayacağına dair mövqeyimi bildirmək istəmirəm, çünki NATO-nu bu işə sürükləmək niyyətində deyiləm. Bu səbəbdən bu müzakirədən kənarda qalacağam. Biz bilirik ki, çinlilər bu marşrutdan, ruslar isə digərindən istifadə edirlər. Eyni zamanda, bizim buzqıran gəmilərimiz yoxdur. Hazırda regionda ABŞ-ın rəhbərliyi altında bu məsələyə nəzarət edən yeddi Arktika ölkəsi var. Bu, olduqca vacibdir və biz də orada iştirak etməliyik."

Tramp isə cavab olaraq bildirib ki, ABŞ bu məqsədlə artıq 48 buzqıran gəmi sifariş edib:

"Rusiyanın 40 buzqıran gəmisi var. Biz də öz müdafiəmizi təmin etməliyik və bununla bağlı razılığa gəlməliyik. Danimarka isə bu işin öhdəsindən gələ bilmir. O, çox uzaqda yerləşir və əslində bu məsələyə birbaşa aidiyyəti yoxdur... Onlar 200 il əvvəl ora gəlib çıxıblar və həmin ərazilərə haqlarının olduğunu iddia edirlər. Bunun nə qədər doğru olduğunu bilmirəm. Əslində, ABŞ prezidenti kimi mən belə hesab etmirəm".

O, əlavə olaraq xatırladıb ki, ABŞ-ın artıq Qrenlandiyada bir neçə bazası və çoxsaylı hərbçisi var.

"Bəlkə də zaman keçdikcə oraya daha çox əsgərin göndərildiyini görəcəksiniz, bilmirəm", – deyə Tramp fikrini tamamlayıb.

Səyyad Osman,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar