Ru
13:58 / 11 Dekabr 2024

ABŞ qoşunları Suriyada qalacaq - Vaşinqton

ABŞ qoşunları Suriyada qalacaq - Vaşinqton
Eye

Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ qoşunları “İslam Dövləti” (İŞİD) yaraqlılarını məğlub etmək məqsədi daşıyan antiterror missiyasının bir hissəsi olaraq prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyada qalacaq.

Bakupost.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner “Reuters” agentliyinə deyib: “Bu qoşunlar sövdələşmə məqsədi ilə deyil, çox xüsusi və vacib bir səbəbdən oradadırlar”.

Onun sözlərinə görə, Amerika qoşunları "İŞİD-lə mübarizə aparmaq üçün demək olar ki, 10 il və ya daha çox orada olublar.

“Biz bu missiyaya sadiq qalırıq", - Fayner deyib.

Suriyada hökumətin devrilməsindən sonra Vaşinqton indi öz hərbi mövcudluğunu sabitliyin təminatı kimi görür, baxmayaraq ki, Suriyanın rejimi devirmiş üsyançı qüvvələri ABŞ-ın ölkədə olmasını necə qəbul edəcəyi hələlik bəlli deyil.

Fayner əlavə edib ki, Bayden administrasiyası yeni seçilmiş prezident Donald Trampın komandası ilə əlaqə saxlayır və sonuncunu Suriyadakı vəziyyətlə bağlı məlumatlandırır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar