Ru
23:21 / 19 Mart 2025

ABŞ-Rusiya danışıqları: növbəti raundda kimlər olacaq?

ABŞ-Rusiya danışıqları: növbəti raundda kimlər olacaq?
Eye

Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların yeni raundu nazirlər səviyyəsində baş tutmayacaq.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

“Bunlar yüksək vəzifəli şəxslər olacaq. Sizə deyə biləcəyim yalnız bunlardır. Onlar nazir səviyyəsində şəxslər deyil", - Bryus deyib.

Bundan əvvəl Ağ Evin sözçüsü Karolayn Levitt bildirib ki, ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı fikirlərini bölüşüblər.

Onun sözlərinə görə, Amerika və Rusiya liderləri Ukraynadakı münaqişənin “uzunmüddətli sülh”lə başa çatması barədə razılığa gəliblər.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar