Ru
13:16 / 20 Fevral 2025

"ABŞ-Rusiya danışıqlarının nəticəsi sıfır olacaq" - AÇIQLAMA

"ABŞ-Rusiya danışıqlarının nəticəsi sıfır olacaq" - AÇIQLAMA
Eye

“Səudiyyə Ərəbistanında 4.5 saat davam edən ABŞ-Rusiya danışıqları heç bir nəticə vermədi. ABŞ-ın dövlət katibi Marko Rubio görüşdən sonra birmənalı şəkildə dedi ki, həm Ukrayna, həm də Rusiya güzəştə getməyi bacarmalıdır. Rubionun dediklərinin mənası odur ki, heç bir razılaşma əldə olunmayıb. Razılaşma əldə olunsaydı, deməzdi ki, hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Belə çıxır ki, Lavrov və Rubio Səudiyyə paytaxtına boş yerə gediblər”.

Bunu Bakupost.az -a Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqları şərh edərkən siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ankarada Ukrayna prezidenti Zelenski ilə görüşən Türkiyə prezidenti Ərdoğan bəyan etdi ki, Ukrayna-Rusiya-ABŞ danışıqları üçün ən ideal məkan Türkiyədir:

"Demək, Ərdoğan da Səudiyyədki zirvə danışıqlarının iflasa uğradığını bilir və bu səbəbdən danışıqlar üçün yeni məkan olaraq Türkiyəni təqdim edir. Danışıqlar Ankarada keçirilsə belə, nəticə yenə də sıfır olacaq. Çünki bu danışıqların uğurlu olması üçün zəruri şərtlər var ki, onlar hələ yetişməyib”.

Politoloq qeyd edib ki, Rusiya Ukrayna müharibəsi davam edəcək:

"Çünki müharibə sülhü zəruri edən məntiqi zirvəyə hələ çatmayıb”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar