Amerikalı respublikaçı senator Mayk Li Ukraynanı "pul yumağın universal simvolu" adlandırıb.
Bakupost.az xəbər verir ki, o, artıq Kiyevə sponsorluq etməməyə çağırıb.
Li bu fikri "X" sosial şəbəkəsində ABŞ-ın Ukraynaya 1,25 milyard dollar dəyərində hərbi yardım paketi ayırması ilə bağlı xəbərə reaksiya verərkən səsləndirib.
"Onların pul yumasının bir həddi olmalıdır", - deyə o qeyd edib.
Rəhman Mirzəlizadə, BakuPost