Ru
16:03 / 20 Dekabr 2024

ABŞ Suriyada hərbi qüvvələrini ikiqat artırıb

ABŞ Suriyada hərbi qüvvələrini ikiqat artırıb
Eye


"Suriyada təxminən 2 min ABŞ hərbçisi var. Mənə bildirilənə görə, əlavə qüvvələr oraya tapşırıqları yerinə yetirmək üçün müvəqqəti yerləşdirilib. Əsas qüvvə olan 900 ABŞ hərbçisi isə daha uzun müddətə oradadır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Patrik Rayder gündəlik mətbuat konfransında deyib.

Rayder bildirib ki, əlavə qüvvələr BƏƏS rejimi devrilməzdən əvvəl Suriyada yerləşdirilib.

O, həmçinin Suriyada hərbi qüvvələrin artırılmasının ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarını gücləndirmək məqsədilə müvəqqəti xarakter daşıdığını bildirib. İraqdakı ABŞ hərbi qüvvələrinin sayı ilə bağlı suala cavabında isə o, "Bu barədə sizə sonra məlumat verərəm" deyib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar