Kiyevə maliyyə yardımının həcmi Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gündəliyinə daxil ola bilər.
Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib.
"Məncə, gələcəkdə yardım kimi məsələlərin, - istər kiçik, istərsə də böyük, - danışıqların bir hissəsi ola biləcəyini söyləmək ədalətlidir" , - ABŞ müdafiə naziri deyib.
O, həmçinin bəyan edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlıdanışıqlara başlamaq üçün Rusiyadan heç bir güzəşt tələb olunmur. Onun sözlərinə görə, nizamlanma danışıqları nəticəsində nə Moskva, nə də Kiyev “istədikləri hər şeyi” əldə etməyəcək.
Bundan əvvəl Ağ Evin Ukraynaya münaqişənin Koreya həllini təklif edə biləcəyi bildirilirdi.
Zaur, BakuPost