Ru
16:55 / 11 Mart 2025

ABŞ-Ukrayna görüşünə Moskvadan REAKSİYA

  ABŞ-Ukrayna görüşünə Moskvadan REAKSİYA
Eye

ABŞ və Ukrayna arasında Ciddədə keçirilən danışıqlar zamanı Kiyev Vladimir Zelenskinin Donald Trampla görüşmək üçün Vaşinqtona uğursuz səfərinin nəticələrini yumşaltmaq istəyir.

Bakupost.az xəbər verir ki, bu barədə Lenta.ru ilə söhbətində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Onun sözlərinə görə, Vaşinqtondakı danışıqlardan sonra “bu gün vəziyyəti hansısa yolla yumşaltmaq cəhdi var”.

Deputat hesab edir ki, bu gün Ukrayna PUA-larının Rusiya ərazisinə kütləvi hücumunun səbəbi də budur.

“Onların hücumları, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin mülki hədəflərə zərbəsinin məqsədi hansı güc və imkanlara malik olduğunu göstərmək üçün edilir. Bu, çox güman ki, bütün sağlam düşüncəli siyasətçilər üçün tamamilə mənfi nəticələrə səbəb olacaq”, - Çepa bildirib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar başlayıb. Kiyevdən görüşdə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıqiba və müdafiə naziri Rustem Umerov iştirak edir. Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Uolts başçılıq edir.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar