Ru
22:29 / 24 Aprel 2024

ABŞ Ukraynaya ATACMS raketlərini gizli çatdırıb

ABŞ Ukraynaya ATACMS raketlərini gizli çatdırıb
Eye

Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.

Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.

Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel faktı təsdiq edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar