Ru
16:02 / 23 Dekabr 2024

"ABŞ Ukraynaya dəstəyi dayandırsa, mövqeyi zəifləyəcək" - Açıqlama

"ABŞ Ukraynaya dəstəyi dayandırsa, mövqeyi zəifləyəcək" - Açıqlama
570

“ABŞ Dövlət katibi Antoni Bilenken Ukraynanın müharibəni davam etdirmək, yaxud danışıqlar aparıb, atəşkəsə getmək hüququnun olduğunu xatırladıb. ABŞ rəsmisinin bu mövqeyi kifayət qədər ziddiyətlidir və Kiyevi döyüş meydanında Rusiyaya təslim etməkdir. Rusiya və Ukrayna 2022-ci ilin mart və aprel ayında İstanbulda Türkiyənin vasitəçiliyi ilə danışıqlar apardı. Ortada" İstanbul razılaşması" var idi. Bu razılaşmanı hər iki tərəf qəbul etmişdi. Amma, ABŞ və Böyük Britaniya Ukraynanı "İstanbul razılaşmasından" geri çəkdilər. Bu da müharibənin davam etməsinə və danışıqlar prosesinə son verilməsinə səbəb oldu”.

Bunu politoloq Məhəmməd Əsədullazadə Bakupost.az-a deyib.



O bildirib ki, artıq, Bayden gedərkən 1.6 milyard dollar Ukraynaya hərbi yardım ayırıb:

"Göründüyü kimi, Ukraynaya vaxtında lazımi hərbi yardımlar etmədən getməkdə olan Bayden adminstrasiyası uğursuz xarici siyasətlə tarixdə qalacaq. O, Rusiyanın Ukraynaya hərbi işğalının qarşısinı vaxtında ala bilərdi. Həmçinin müharibənin ilk ilində belə bir imkan var idi. Amma, Bayden adminstrasiyası zəiflik göstərdi:

“Artıq Rusiya öz hərbi imkanlarıni inkişaf etdirib. Qərbə qarşı kifayət qədər müqavimət göstərir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar işə yaramir. ABŞ Ukrayna müharibəsindən geri çəkilərsə, beynəlxalq müstəvidə mövqeyi zəifləyəcək. Avropa ölkələri arasında konsensus əldə edilərsə, yalnız bu şəkildə Rusiyanı Ukraynadan çıxara bilərlər. ABŞ-nin yeni prezidenti Tramp Ukraynaya hərbi yardımları dayandırsa, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyaya qarşı yeni hərbi koalisiya qura bilər. Bu da NATO Alyansının dağılmasina gətirib çıxara bilər. Hazırkı, qeyri-müəyyən bir mərhələdə Rusiya Ukraynanın şərqində yeni ərazilər ilhaq edir”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar