ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Piter Heqset Afrika Komandanlığının Almaniyadakı qərargahında bildirib:
“Biz Ukraynaya qoşun yeritməyəcəyik".
Heqset əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh sazişinin mümkün qədər tez əldə olunmasının tərəfdarıdır. Bundan sonra Birləşmiş Ştatlar bütün dünyada öz qüvvələrinin yerləşdirilməsini yenidən qiymətləndirəcək.
Bundan əvvəl Associated Press xəbər vermişdi ki, Heqset xaricə ilk səfəri zamanı Ukraynaya hərbi yardım elan etməyəcək.
Zaur, BakuPost