Ru
16:18 / 06 Mart 2025

“ABŞ və Avropa arasında təhlükəsizlik bağları qopur” - ŞƏRH

“ABŞ və Avropa arasında təhlükəsizlik bağları qopur” - ŞƏRH
Eye

“Dünyanın yeni siyasi nizamı Rusiyanın Ukraynaya qarşı işğalı fonunda ciddi dəyişdi. Artıq bu nizam 2022-ci fevralından əvvəlki kimi deyil. ABŞ oturuşmuş ənənəvi xarici siyasət strategiyasından imtina edir. Vaşinqtonun birqütblü dünyadan imtina edərək, Rusiyanın da fövqəldövlət statusunu tanımaq kimi planı var. Ona görə də Ukraynanı dəstəkləməkdən imtina edərək, Rusiya ilə eyni masada oturur. Demək olar ki, NATO de-fakto çökür. Həmçinin ABŞ və Avropa arasında təhlükəsizlik bağları qopur”.

Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə söyləyib.

O hesab edir ki, Avropa ölkələri Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi sövdələşməyə imkan verməməyə çalışır. Böyük Britaniya baş naziri, Fransa və Ukrayna prezidentlərinin Vaşinqtona səfəri gözlənilir. ABŞ Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalasa da, Rusiyanın işğal etdiyi ərazilərdən çəkilməsi məsələsini qaldırmayacaq:



“ABŞ və Rusiya razılaşması var. Bu razılaşma Avropa və Ukraynanın maraqlarina uyğun deyil. Azərbaycan mövcud siyasi, hərbi təhlükəsizlik problemlərini neytrallaşdırmaq üçün addımlar atır. Pakistanla hərbi müstəvidə əməkdaşlıq, Türkiyə ilə bütün spketrlərdə əlaqələri inkişaf etdirməklə mövcud təhlükələrdən yayınmaq istiqamətində tədbirlər görür. Prezident İlham Əliyevin Türkiyəyə səfəri və Pakistana gözlənilən səfər ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar