Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:36 / 25 İyul 2024

ABŞ və Avropanın tələsi: "Yarım milyon erməni ölkəni tərk edəcək” - Politoloq

3257
Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq ABŞ-ın qanadı altına sığınmağa çalışır. ABŞ nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə müşavir statusunda təyinatı da bunu deməyə əsas verir.



Bakupost.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə də ABŞ-ın Ermənistanı alət kimi istifadə etməyə hazırlaşdığını bildirib.

Onun sözlərinə görə, Ermənistan-Amerika münasibətləri barədə düşünəndə bu iki dövlətin maliyyə və hərbi gücünü müqayisə etmək laızm gəlir:

"Bunların arasında nəhəng fərq var. Yəni burda hansısa bərabər mənfəət əsasında əməkdaşlıqdan söhbət gedə bilməz. Burda yalnız ondan söhbət gedə bilər ki, Amerika Ermənistanı alət kimi istifadə etmək istəyir”.

Politoloqun sözlərinə görə Ermənistan da dar düşüncəsiylə buna razı olub:

“Əgər onun düşüncəsi məhdud olmasaydı, indiki vəziyyətə düşməzdi. Yaxın qonşularıyla düşmən, qırx il Rusiyanın ön istehkamı olmazdı. İndi də istəyir ki, Amerikanın ön istehkamı olsun. Burda erməni dövlətinin deyil, hakim dairənin mənafeyindən söhbət gedir”.

Z.Əlizadə ABŞ-ın bu əməkdaşlıqla Ermənistana yalnız yardımlar edə biləcəyini bildirib:

“Ermənistanın büdcə kəsirini ödəyə bilərlər. Çünki balaca dövlətdir. Amerika üçün isə o milyonların əhəmiyyəti yoxdur, çünki pulu özü çap edir. O həm də hərbi cəhətdən Ermənistana kömək edə bilər. Amerikalı mütəxəsisslər erməni hərbçilərinə təlim keçə bilər. Amma Amerika ordusu gəlib Cənubi Qafqazda Ermənistan ordusunun əvəzinə vuruşmayacaq”.

Politoloq Avropa İttifaqıyla Ermənistan arasında vizasız gediş-gəliş təmin edildikdən sonra insanların ölkəni tərk edəcəyini bildirib:

“Bunu Gürcüstana verdilər və indi yeddi yüz min gürcü ölkəni tərk edib işləyir, başını dolandırır. Bunu Ermənistana da versələr, təxminən yarım milyon erməni ölkəni tərk edəcək. Biz Avropayla Ermənistanın münasibətlərinin yaxşılaşmasına sevinməliyik. Bilməliyik ki, bunun ardıyca hansı əməli addımlar gəlir. Ermənilər də Avropada gürcülər kimi özlərinə iş tapıb yaşayacaqlar”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar