Ru
12:58 / 25 Dekabr 2024

ABŞ və Böyük Britaniya səfirlikləri Azərbaycana başsağlığı verdi

ABŞ və Böyük Britaniya səfirlikləri Azərbaycana başsağlığı verdi
559

ABŞ və Böyük Britaniya səfirlikləri Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bakupost.az xəbər verir ki, bu barədə səfirliklərin sosial media platformalarındakı paylaşımında bildirib.

“ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq”-deyə paylaşımda qeyd edilib.


Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşılandı. Mənim fikirlərim bu faciəli hadisədən əziyyət çəkənlərin hamısı ilədir. Böyük Britaniya hökuməti hakimiyyət orqanları ilə əlaqə saxlayır” – Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar