"Rusiya və ABŞ nümayəndə heyətləri bu həftə Səudiyyə Ərəbistanında görüşəcək".
Bakupost.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bu həftə təkcə Kiyevlə deyil, Moskva ilə də danışıqlar raundunu keçirəcəklər.
ABŞ nümayəndə heyətini kimin təmsil edəcəyi hələlik açıqlanmayıb.