Ru
23:48 / 06 Mart 2025

ABŞ və Ukrayna nümayəndələri gələn həftə Ər-Riyadda görüşəcək

ABŞ və  Ukrayna nümayəndələri gələn həftə Ər-Riyadda görüşəcək
Eye

ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə görüşmək üçün martın 11-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Səudiyyə Ərəbistanına gedərək Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak da daxil olmaqla Ukrayna rəsmiləri ilə görüşəcəklər.

ABŞ və Ukrayna arasında gərginlik ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfəri zamanı ABŞ Prezidenti Donald Trampla mübahisəli görüşündən sonra artıb.

Bundan sonra ABŞ Ukraynaya yardımı dayandırdığını elan edib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Zelenskinin Rusiya ilə danışıqlara hazır olmasını münaqişənin sona çatması istiqamətində irəliyə doğru müsbət addım kimi qiymətləndirib.

ABŞ nümayəndə heyəti bundan əvvəl fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşüb.

Bu, 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri ABŞ və Rusiya rəsmiləri arasında ən geniş müzakirələr olub.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar