Ru
23:36 / 15 Aprel 2025

ABŞ xarici qrantları dayandırır - Siyahıda Ermənistan da var

ABŞ xarici qrantları dayandırır - Siyahıda Ermənistan da var
Eye

ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Belarusda 215 milyon dollarlıq xarici yardım layihələrinin maliyyələşdirilməsini dayandırır.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Departamentinin katibi Marko Rubio xarici yardımları nəzərdən keçirməyə davam edir. 215 milyon dollar dəyərində 139 faydasız qrant, o cümlədən 2,4 milyon dollarlıq “Belarusda yaradıcı məzmunla dezinformasiyaya cavab vermək” qrantı ləğv edilib.

Belarusla yanaşı, Ermənistan, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Qırğızıstan, Liviya, Mavritaniya, Moldova, Tunis, Özbəkistan və Şri-Lankada da müxtəlif proqramlar üzrə qrantlar azalacaq.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar