Hansı bank etibarlıdır? - SORĞU
Ru
08:42 / 17 Oktyabr 2024

ABŞ Yəməndə husilərin silah anbarlarını vurub

521
ABŞ ordusu Yəmənə növbəti dəfə zərbələr endirib.

Bakupost.az xəbər verir ki, ABC televiziyasının verdiyi məlumata görə, hədəf “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin silah anbarları olub.

Pentaqon sözçüsü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin İran tərəfindən dəstəklənən husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirdiyini, həmçinin zərbələrin Yəmənin husilərin nəzarətində olan ərazilərini hədəf aldığını deyib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” qruplaşması xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar