Ru
09:07 / 11 Fevral 2025

Abşeronda 8 otaqlı ev yandı

Abşeronda 8 otaqlı ev yandı
848

Abşeronda 8 otaqlı evdə yanğın olub.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan kürsülü, ikimərtəbəli 8 otaqdan ibarət evin dam örtüyünün taxta atmaları 50 m² sahədə, ikinci mərtəbəsinin eyvanında quraşdırılan kombi aparatı və su qızdırıcısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar