Ru
23:38 / 29 Mart 2025

Abşeronda mağazadakı quldurluq hadisəsinin VİDEOSU

Abşeronda mağazadakı quldurluq hadisəsinin VİDEOSU
Eye

Abşeron rayonunda mağazaların birində quldurluq hadisəsi baş verib. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkən mağazaya gələn gəncin tək olmadığını bildirib:

“Mənim yanımda olan iki nəfər idi, maşında da iki oğlan bir qız var idi. Paltarları götürüb qaçmaq istəyəndə tutdum ki, pulumu ver. Daha sonra hay-küy salıb məni itələdi. Durduq yerə mənə yumruq atdı. Dedim götürdüyün paltarları soyun, apardıqlarını da gətir, sənə yaraşmır belə hərəkət. 345 manat dəyərində mal götürüb qaçdı”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Ətraflı süjeti təqdim edirik:





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar