Ru
16:42 / 05 Mart 2025

Abşeronda "nəzir paylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT

Abşeronda "nəzir paylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
Eye

Abşeronda vətəndaşlara "nəzir paylayan" şəxs həbs edilib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, avaraçılıq və dilənçiliklə məşğul olan 1996-cı il təvəllüdlü Yevlax sakini F.Şahmurad adlı şəxs saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə açılıb və işinə məhkəmədə baxılıb.

Məlum olub ki, F.Şahmurad zərərçəkmiş qadınlara özünü seyid kimi təqdim edib və Mir Mövsüm ağanın ziyarətgahında yığılan nəzirləri insanlara payladığını deyərək, onlara qarşı dələduzluq edib.

O, Gülbuta Məmmədova adlı qadının evinə gedərək ona bir manat verib, "seyid puludur, 3 gündən sonra xərcləyərsən" deyib. Bundan sonra həmin qadından ona bir stəkan çay verməsini xahiş edib. Zərərçəkmiş qadın da ona çay verdikdən sonra "seyid" dua oxumağa başlayıb. Daha sonra F.Şahmurad Gülbutaya deyib ki, evdə pulu varsa, gətirsin, çünki ona dua oxuyacaq və pul daha bərəkətli olacaq.

Gülbuta da cərrahi əməliyyat olunması üçün evin dolabında saxladığı 2000 manatdan 200 manatı gətirib. "Seyid" həmin pula "dua" oxuduqdan sonra zərərçəkmiş qadın apararaq eyni yerə aparıb qoyub. Bundan sonra F.Şahmurad ondan yenidən çay istəyib. Zərərçəkmiş qadın çay gətirənə qədər təqsirləndirilən şəxs pulu götürüb. Və heç nə olmamış kimi qadının verdiyi çayı içərək evi tərk edib.

Şahmurad eyni əməli Təbərrik adlı qadına da qardşı törətməyə cəhd edib. Lakin təqsirləndirilən şəxsin bu dəfəki cinayət əməli baş tutmayıb. Təbərrik evində olan 2100 ABŞ dollar və 340 manat pulun bərəkətli olması üçün gətirib həmin şəxsin qarşısında masanın üzərinə qoyub. Şahmurad pulları götürüb evdən qaçmaq istəyərkən zərərçəkmiş qadının qışqırığına gələn qonşularının köməyilə saxlanılıb və hadisə yerinə gələn polislərə təhvil verilib.

Məhkəmənin qərarı ilə Şahmurada 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar