Ru
13:22 / 27 İyul 2024

Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi - FOTO

1569
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib.

Bakupost.az xəbər verir ki, görüşlərdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, xalqımız taleyüklü məsələlərdə çox böyük uğurlar, inanılmaz nəticələr əldə edib.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi siyasət nəticəsində Vətən müharibəsində şanlı zəfər qazanılıb, ərazi bütövlüyümüz təmin olunub, işğaldan azad olunan yurd yerlərimizdə şəhər və kəndlərimiz bir-birinin ardınca yenidən qurulur, soydaşlarımız doğma yerlərinə geri dönür.

RİH başçısı qeyd edib ki, respublikazın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Hazırda rayon ərazisində 210-dan çox şəhid ailəsinin, o cümlədən 132 şəhid övladının yaşadığı qeyd edilərək onların hər birinə qayğı ilə yanaşıldığını və bu diqqətin daimi olacağı bildirilib.

Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi -  FOTO
Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi -  FOTO
Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi -  FOTO
Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi -  FOTO
Abşeronda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirildi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar