Ru
09:48 / 19 Noyabr 2024

Abxaziya "prezidenti" istefa verdi

Abxaziya "prezidenti" istefa verdi
Eye

Abxaziya "prezident"i Aslan Bjaniya istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidməti məlumat yayıb.


Danışıqlardan sonra “iqtidar” və “müxalifət” nümayəndələri arasında saziş imzalanıb, bu səbəbdən də Bjaniya istefa ərizəsini təqdim edib.

Razılaşmalara görə, hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Şərt yerinə yetirilmədiyi təqdirdə Bjaniyanın ərizəsini geri götürəcəyi bildirilib.

Həmçinin, vitse-prezident Badra Qunbanın “prezident” səlahiyyətlərini icra edəcəyi qeyd olunub.

Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini və “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar