Abxaziyada fərdi evdə yanğın hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Məlumata əsasən, yanğın nəticəsində 5 uşaq ölüb.
Yanğına səbəb, evdə 5 uşaqla tək qalan nənənin sobanı yandırmaq istəyi olub. O, benzini dizellə səhv salıb. Həmin an taxta ev yanıb. Hadisə vaxtı yuxuda olan 5 uşağı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, uşaqlardan ən kiçiyi 4 aylıq olub.