Ru
11:04 / 06 Fevral 2025

Acısı dünənki kimidir... - Əminə Ərdoğan

Acısı dünənki kimidir... - Əminə Ərdoğan
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial media hesabında 6 fevral zəlzələsi ilə bağlı paylaşım edib.

Bakupost.az xəbər verir ki, Türkiyənin birinci xanımı paylaşımında bu ifadələrə yer verib:

"6 fevral sadəcə təqvim səhifəsindəki tarix deyil, qəlbimizdə dərin yaradır. Ağrı dünənki kimidir...

Lakin dağıntılar altından təkcə kədər deyil, həm də millətimizin sarsılmaz həmrəyliyi yüksəldi. Əsrin birliyi ilə yenidən ümidlə dolduq.

O gün dövlətimizin şəfqət əli uzandı, millətimizin vicdanı hərəkətə keçdi.

Biz bir birimizə söykənərək mübarizədən əl çəkmədik.

Bir tərəfdən acı hiss etsək də, könüllərimiz diridir, şəhərlərimizi yenidən tikirik.

Mən ürəkdən inanıram ki, sülh və əmin-amanlığın təminatı olan şəhərlərimiz dünya davam etdikcə mədəniyyətimizi yaşatmağa davam edəcək.

Zəlzələdə dünyasını dəyişən vətəndaşlarımızı bir daha yad edir, sağ qalanlara səbr, güc diləyirəm. Unutmadıq, unutmayacağıq".

Zaur, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar