Ru
18:10 / 05 Dekabr 2024

Aclıq hissini tənzimləyən yeni neyronlar tapıldı

Aclıq hissini tənzimləyən yeni neyronlar tapıldı
Eye


Rokfeller, Merilend və Stanford Universitetindən bir qrup alim hipotalamusda qida istəyini tənzimləyən daha əvvəl məlum olmayan neyron populyasiyasını aşkarlayıblar.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

Beyindəki xüsusi BNC2 neyron populyasiyası həddindən artıq yeməyin qarşısını alır. Belə ki, BNC2 aclıq hissinə təsir göstərərək yağ hüceyrələri və nazik bağırsaq hüceyrələri tərəfindən istehsal olunan leptin hormonuna reaksiya verir. Leptin aclığı yatırır və yağ yığılmasını azaldaraq iştahın tənzimlənməsində əsas rol oynayır.

Bu kəşf iştah və çəki tənzimlənməsi mexanizmlərini anlamaqda mühüm addımdır. Alimlərin fikrincə, bu, neyronlara təsir etməklə aclığı yatırmağa yönəlmiş piylənmə müalicəsinin inkişafı üçün yeni imkanlar açacaq.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar