Ru
10:11 / 03 İyul 2024

Acunun geyimi gündəm oldu - FOTO

1949
TV8-in sahibi Acun Ilıcalı uzun müddətdir sevgili olduğu Ayça Çağla Altunkayanın ad gününü qeyd edib.


Bakupost.az xəbər verir ki, Acun Ilıcalı karyerası ilə yanaşı şəxsi həyatı ilə də hər zaman gündəmdədir. Şeyma Subaşı ilə boşandıqdan sonra özündən kiçik Ayça Çağla Altunkaya ilə eşq yaşamağa başlayan Ilıcalı sevgilisinin ad gününü qeyd edib.


Altunkaya ilə təkbətək şam yeməyi edən Acun 14 milyon izləyicisi olan İnstaqram hesabında sevgilisi ilə fotosunu paylaşaraq, “Uğurlu illəriniz bol olsun, gözləriniz həmişə belə gülsün. Qalanını artıq bilirsən”, deyə yazıb.

Altunkayanın tortu diqqət çəkərkən, həmişə qara paltarlara üstünlük verən Acunun ağ köynək geyinməsi hər kəsi təəccübləndirib.


Digər tərəfdən, Ayça Çağla Altunkayanın barmağındakı üzüyü diqqətdən yayınmayıb.





Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər