Ru
15:19 / 09 İyul 2024

Adambaşına maliyyələşməyə keçid niyə vacibdir? - VİDEO

3706
"Adambaşına maliyyələşmə sistemi yalnız təhsil sahəsində deyil, digər sektorlarda da tətbiq olunan və müzakirə edilən məsələlərdəndir. Məsələn, bir çox ölkələrdə səhiyyə sahəsində, bütövlükdə dövlət, ictimai xidmətləri həyata keçirən sektorlarda da adambaşına maliyyələşmə sistemi tətbıq olunur. Bu praktikanın mahiyyəti ondan ibarətdir ki, maliyyələşdirmə həmin xidmətlərdən istifadə edən vətəndaşların sayına uyğun olaraq həyata keçirilir".

Bunu BTV-də yayımlanan və təhsil eksperti Elşən Qafarovun aparıcısı olduğu proqramda millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dünyada aambaşına maliyyələşmə sistemi ilə bağlı fəqrli modellər var:

"Bəzi modellərdə adambaşına maliyyələşməyə yalnız dövlət büdcəsindən deyil, eyni zamanda digər fondalrdan da vəsait cəlb olunur. ABŞ-da isə adambaşına maliyyələşmənin məbləği ştatlardan asılı olaraq dəyişir. Ona görə də rəqmələr ölkəyə, hətta vilayətlərə görə dəyişə bilər".

Azərbaycanda adambaşına maliyyələşmə sisteminə keçiin səbəbinə aydınlıq gətirən Vüqar Bayramov deyib:

"Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmində artım var. İl ərzində təqribən 4,7 milyard vəsait təhsilin maliyyələşdirilməsi üçün istifadə olunur. Təbii ki, biz təhsil xərcələrinin UDM-dəki payına baxsaq, bu, posTsosialist ölkələri ilə təxminən eynidir. Amma sözsüz ki, inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Amma yeni sistemə keçiddə məqsəd ondan ibarətdir ki, həm ayrılan vəsait səmərəli istifadə olunsun, həm şəffaflıq olsun, həm də vəsiat ünvanlı istifadə olunsun. Bu da nəticə etibarilə vacibdir. Çünki yeni sistemə keçid nəticəsində xərclərin izlənmə mexanizmi formalaşacaq".

Ətraflı videoda...



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar