Ru
16:17 / 13 Mart 2025

Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi

Adəm Məmmədovla qardaşı apellyasiya şikayəti verdi
Eye

Vəkil Ceyhun Yusifovun şikayəti əsasında 6 aylıq həbsə məhkum edilən həmkarı Adəm Məmmədov narazıdır.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır.

Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Adəm Məmmədov qardaşı ilə birgə rəhbərlik etdiyi saytda vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdi.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar