Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunda, SOCAR-ın Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verib.
Bakupost.az -ın məlumatına görə, Suraxanı İcra Hakimiyyətinin başçısı Adil Əliyev hadisə yerinə gəlib.
Qeyd edək ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerində işləyirlər. Əraziyə helikopter cəlb olunub. Yanğın baş verən ərazi nəzarətə götürülüb, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
FOTO: Mahir Hüseynbəyli
Elnur
BakuPost