Ru
11:02 / 15 Aprel 2025

ADY-də növbəti təyinat - FOTO

ADY-də növbəti təyinat - FOTO
Eye

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.

Bakupost.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.

F. Hüseynov “Azərpoçt” MMC-də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində və digər qurumlarda çalışıb. ADY-də karyerasına 2022-ci ildə başlamış F. Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar