Ru
11:36 / 14 Aprel 2025

ADY-də yeni təyinat

ADY-də yeni təyinat
Eye

"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni kadr təyinatı həyata keçirilib.

Bakupost.az ADY-yə istinadən xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

O, Türkiyənin Gebze Texniki Universitetində "Biznes administrasiyası" (MBA) ixtisası üzrə magistr təhsili alıb. ABŞ-nin nüfuzlu Dyuk Universitetinin (Duke University) Fukua Biznes Məktəbində strateji rəhbərlik proqramını, Con Hopkins Universitetinin məlumat (data) elmi üzrə kursu uğurla tamamlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində MBA, İqtisadi və Strateji Marketinq üzrə təhsil alıb.

T. Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O bu müddət ərzində müxtəlif nüfuzlu yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Həmçinin BP şirkətində Azərbaycan və Türkiyə üzrə kommunikasiya rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Yeni təyinatadək "Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar