Ru
00:33 / 02 İyul 2024

Aeroport yolunda ağır qəza: Beş maşın toqquşdu - FOTO

1927
Bakının Suraxanı rayonunda qəza zamanı üç nəfər xəsarət alıb.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, yol nəqliyyatı hadisəsi aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Nurlan Hidayətzadənin idarə etdiyi “BMW” markalı maşında sürücü sükana nəzarəti itirətək eyni istiqamətdə olan “Mercedes” markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən maşın hərəkətdə olan üç maşına dəyib. Qəza nəticəsində “Mercedes”-də olan sərnişinin boyun sümüyü sınıb. Sürücüsü isə xəsarət alıb.

“BMW”-nin sürücüsü N.Hidayətzadə də xəsarət alıb. Qəza nəticəsində hazırda şossenin Əmircan qəsəbəsi ərazisindən beynəlxalq hava limanlna qədər olan istiqamətində tıxac yaranıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər