Müğənni Afət Fərmanqızı oğluna toy edib.
Bakupost.az xəbər verir ki, müğənni toydan öncə evdə çəkilən görüntüləri sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, A.Fərmanqızı bir müddət əvvəl yerli mediaya açıqlamasında oğluna toy edəcəyini açıqlamışdı:
"Oğlumun 26 yaşı var, nişanlıdır. Avropada yaşayır. Toyunu gizli edəcəyik. Qızla təhsil sahəsində tanış olublar. Gəlinim əslən Şamaxılıdır".