AFFA iki komandaya texniki məğlubiyyət verib.
Bakupost.az -ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Əvəzedicilər Liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan futbolçu Kənan Cavadlı meydana daxil olduğuna görə hesab saxlanılmaqla (0:3) Sumqayıt komandasına texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 400 manat cərimələnib.
AFFA U-16 Liqasında keçirilən “Səbail” – "Turan Tovuz” matçında heyətdə adı protokolda qeyd edilməyən futbolçu yer aldığına görə Tovuz klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.