Ru
13:25 / 19 Fevral 2025

AFFA-dan “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı 5 minlik cərimə

AFFA-dan “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı 5 minlik cərimə
Eye

AFFA Misli Premyer Liqasının XXIII turunda baş tutan “Neftçi” – “Qarabağ” matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb

Bakupost.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin.

“Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin.

“Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin.

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin.

“Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilsin.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar