Ru
14:10 / 14 Aprel 2025

Afinadakı partlayışı kimin törətdiyi bəlli oldu

Afinadakı partlayışı kimin törətdiyi bəlli oldu
Eye

Yunanıstanın Afina şəhərində baş verən iki partlayışa görə məsuliyyəti yeni ortaya çıxan “İnqilabi Sinfi Müdafiə” adlı solçu ekstremist qrup öz üzərinə götürüb.

Bakupost.az Euronews-a istinadən bildirir ki, cümə günü partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilsə də, qrup hücumların "dövlətə qarşı silahlı mübarizənin" bir hissəsi olduğunu bildirib.

Onlar Hellenic Train ofisinin qarşısında və fevral ayında Əmək Nazirliyi yaxınlığında baş verən partlayışların “dövlətə qarşı silahlı mübarizə”nin bir hissəsi olduğunu açıqlayıblar.

Zərərçəkən olmasa da, partlayışdan öncə media qurumlarına xəbərdarlıq zəngi edilib. Qrup bu hücumları Fələstin xalqına həsr etdiyini və 2023-cü ildə Tempi şəhəri yaxınlığında baş verən, 57 nəfərin öldüyü dəhşətli qatar qəzasına cavab olaraq etdiyini bildirib.
Yunanıstan hakimiyyəti hadisələrlə bağlı araşdırma aparır, müşahidə kameraları və mobil telefon məlumatları təhlil olunur. Rəsmilər ölkədə yeni nəsil radikal qrupların fəallaşmasından narahatdır.

Amin Rızayev



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar