Ru
01:34 / 28 Avqust 2024

Afrikada həftə ərzində meymunçiçəyindən 81 nəfər ölüb

1841
Afrika ölkələrində insanların meymunçiçəyi xəstəliyinə yoluxma halları artmaqdadır, son həftə ərzində təxminən 4 min hal qeydə alınıb.

Bakupost.az xarici mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Mərkəzin baş direktoru Jan Kaseyin sözlərinə görə, epidemiya başlayandan indiyədək yoluxma hallarının ümumi sayı 22,8 minə çatıb. O, qeyd edib ki, son 7 gündə Afrikada 81 nəfər xəstəlikdən ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar