Ru
17:39 / 14 Noyabr 2024

Ağ Evdə kartlar yenidən paylanır - Pentaqonda Tramp təmizliyi

Ağ Evdə kartlar yenidən paylanır - Pentaqonda Tramp təmizliyi
Eye

Amerikada seçkilərin qalibi Donald Tramp irəlidəki dörd il üçün administrasiyasını formalaşdırmaya başlayıb. Trampın komandasında olmayacaq şəxslərlə bağlı göstəriş verdiyi bildirirlir. Onun qara siyahısında generalların da yer aldığı önə sürülür. Bu da Pentaqonda görünməmiş bir dəyişiklik olacağının siqnalıdır.

Bakupost.az "Reuters"a istinadən xəbər verir ki, Trampın komandasında yer alacaq vəzifəlilərin də siyahısı hazırlanır.

Mənbələr Trampın ikinci prezidentlik dövründə Pentaqonda kütləvi ixtisarların ola biləcəyini proqnozlaşdırır. Onun planı təsdiq edib-etməyəcəyi bəlli deyil. Lakin yeni prezidentin keçmişdə onu tənqid edən müdafiə rəsmilərinə sərt reaksiya verdiyi məlumdur.

Seçki kampaniyası vaxtı o, dəfələrlə seçiləcəyi təqdirdə Amerika hərbçilərinin səlahiyyətlərində böyük dəyişikliklər edəcəyini vurğulayıb.

Elgün, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar