Ru
23:38 / 16 Aprel 2025

Ağ Evdə qalmaqal: Tramp Maska görə tədbiri ləğv etdi

Ağ Evdə qalmaqal: Tramp Maska görə tədbiri ləğv etdi
Eye

Ağ Evdə İlon Maska görə qalmaqal baş verib və iki yüksək vəzifəli şəxs işdən qovulub.

Bakupost.az Axar.az -a istinadən xəbər verir ki, müdafiə naziri Pit Heqset Çinlə bağlı planlaşdırılan çox məxfi brifinq haqqında Elon Maska məlumat verən Pentaqonun iki yüksək rütbəli məmuru Den Kolduel və Darin Selniki vəzifələrindən uzaqlaşdırıb.

Tramp isə brifinqin ləğv edilməsini əmr edib.

“İlon orda nə edir? Onun tədbirə getməyəcəyinə əmin olun”, - Tramp deyib.

Qeyd edilir ki, Mask Ağ Evdə daimi iştirakı, qeyri-sabit sosial media paylaşımları və Hökumətin Effektivliyi Departamentində sərt siyasəti ilə bir neçə administrasiya rəsmisini qıcıqlandırıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar