Ru
21:33 / 28 Fevral 2025

Ağ Evdə Zelenski ilə Tramp arasında kəskin dialoq - VİDEO

Ağ Evdə Zelenski ilə Tramp arasında kəskin dialoq - VİDEO
Eye 1180

Ağ Evdə keçirilən görüşdə Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında qızğın mübahisə baş verib.

Bakupost.az "Strana"ya istinadən xəbər verir kİ, Zelenski canlı yayımda Trampla mübahisə edib.

Hadisə necə baş verib?

Əvvəlcə vitse-prezident Vens deyib ki, müharibəni dayandırmaq üçün hər iki tərəflə danışmaq lazımdır. O cümlədən Putinlə.

Buna cavab olaraq Zelenski Putinə etibar edilməməsi və onunla heç nə ilə bağlı danışıqların mümkünsüzlüyü mövzusunda çıxış edib.

Vens cavab verib ki, Ukraynanın cəbhədə böyük problemləri var, kifayət qədər insan resursu yoxdur və müharibəyə son qoyulmalıdır.

Zelenski buna kifayət qədər kobud cavab verib və deyib ki, Vens Ukraynada olmayıb və buna görə də nəyin çatışıb, nəyin olmadığını bilə bilməz.

Sonra Tramp söz alıb, o, müharibəni mümkün qədər tez bitirməyin zəruriliyi ilə bağlı danışıb. Həmçinin Ukraynanın cəbhədəki mövcud vəziyyətlə bağlı problemlərinin olduğu bildirib.

Lakin Zelenski onun sözünü kəsib:

- Hər kəsin müharibə ilə bağlı problemləri var. Sizin bir okean var, o sizi ayırır. Ammahiss edəcəksiz...

Tramp: Siz bunu bilə bilməzsiniz. Bizim nə hiss edəcəyimizi söyləməyin. Probleminizi həll etməyə çalışırıq. Sizin mövqeyinizi bizə sırımağa ehtiyac yoxdur.

Zelenski: Biz heç nəyı sırımırıq.

Tramp: Sizin nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Bizə yaxşı olacaq. Biz güclü olacağıq. Siz indi güclü mövqedə deyilsiniz, müharibənin əvvəlindən çox da əlverişli vəziyyətdə deyilsiniz. Əlinizdə düzgün kartlar yoxdur.

Zelenski: Mən burada kart oynamıram.

Tramp: Mən məntiqlə danışıram. Milyonlarla insan risk altındadır. Biz III Dünya Müharibəsinin astanasındayıq. Bununla oynaya bilməzsiz. Ölkəmizə hörmətsizlik edirsiniz. Bizə nə edəcəyimizi deyə bilməzsiniz.

Bu dialoqdan sonra əsasən yalnız Tramp danışıb. O, bir daha vurğulayıb ki, müharibədə hadisələrin gedişatı Ukraynanın xeyrinə deyil. Ona görə də Zelenski atəşkəsə müqavimət göstərməməli, əksinə, ABŞ-ninatəşi dayandırmağa kömək etdiyinə sevinmə və ümumiyyətlə, minnətdar olmalıdır.

Sonda Tramp bu ifadəni işlədib: “Ya biz müqaviləni imzalayacağıq, ya da gedəcəyik".

Bu ifadəni birmənalı şərh etmək olar: əgər Zelenski atəşkəs sazişi imzalamaq istəməsə, o zaman ABŞ Kiyevə bütün dəstəyi dayandıracaq. Yəni, Kiyev üçün ən pis ssenari: müharibə davam edir və Amerikanın dəstəyi yoxdur.

Zelenski və Tramp daha sonra mətbuatın iştirakı olmadan söhbətlərini davam etdiriblər.

Amma görünür, söhbətin mövzusu dəyişməyəcək.

Zaur,BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar