Ru
11:15 / 23 İyul 2024

Ağadadaş Ağayev qadını BALTALADI - Hadisənin təfərrüatları - Yenilənib-VİDEO

12603

***

10:52


Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.


Bakupost.az News24.az-a istinadla bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlanılsa da, zənglər cavabsız qaldı.

***
11:09


Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.


***
11:15


İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Bakupost.az -a bildirilib ki, N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Şərhlər
  • Roma

    Narahat olmayın, Ağadadaşın pul-parası var, biraz qadına, biraz N.Cəlilova, biraz da polisə-molisə, (bir kəllə qənd, bir molla, 3-cə manat da pul...) vəssalamın şüttamam variantı...

  • Əyyam Şəkərəliyev

    Dərhal içəri.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar