Xalq artisti Ağdadaş Ağayev barəsində çıxarılan hökmdən narazıdır.
Bakupost.az xəbər verir ki, bu barədə Xalq artisti Binəqədi Rayon Məhkəmsində Teleqraf-ın müxbrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, bu gün Binəqədi Rayon Məhkəmsinin hökmü ilə Ağadadaş Ağayevə 1 il sınaq müddəti olmaqla 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəza şərti hesab edilib.
Xatırladaq ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi "MedEra" Hospitalda Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini qeyd edib.
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.