Ru
14:42 / 03 Dekabr 2024

Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı

Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı
Eye

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən məlumatına verir ki, toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar