Qeyd edək ki, onların hər ikisi barədə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədə zərərçəkən üçüncü şəxs isə "MedEra" klinikasında xadimə işləyən N.Paşayevadır. Belə ki, müğənni Ağadadaş Ağayevin atdığı baltanın onu ayağından yaraladığı bildirilir. Dünəndən bəri hadisənin bir çox təfərrüatlarına aydınlıq gətirilsə də, təəssüf ki, gün ərzində N.Paşayevanın müalicəsi və səhhəti barədə çalışdığı klinika tərəfindən heç bir açıqlama verilmədi.
Bakupost.az -ın məsələ ilə bağlı "MedEra" klinikasına ünvanladığı suallar cavabsız qaldı.
Klinikadan N.Paşayevanın hazırda səhhətinin necə olduğu, xəstəxanada olduğu, yoxsa evə buraxıldığı barədə suallarımıza "Bu barədə bizdə məlumat yoxdur" cavabını verdilər.
Klinikaya yaxın mənbələrdən aldığımız məlumata görə, N.Paşayeva məlum insident zamanı ayağından yüngül xəsarət alıb. Ona klinikada ilkin tibbi yardım göstərilib. Dünən o, artıq evə buraxılıb. Məlumatlı mənbə klinika rəhbərliyinin həmin qadına və tibbi personala hadisə barədə mediaya heç bir açıqlama verməmək barədə qəti göstəriş verdiyini də vurğuladı.